EN

“Yuventus” Çempionlar Liqasına qayıtmalıdır”

“Yuventus”un yeni baş məşqçisi Lusiano Spalletti komandanın məqsədlərindən danışıb.

90deqiqe.Az-ın məlumatına görə, italiyalı mütəxəssis komandasına inandığını və vəziyyəti dəyişəcəyinə əmin olduğunu bildirib.

“Əgər “Yuventus”a inanmasaydım, 8 aylıq müqaviləyə imza atmazdım. Bu klubda yaxşı iş görəcəyimə inanıram. Bizim vəziyyəti düzəltmək üçün real şanslarımız var. Nəticənin necə olacağını bilmirəm, amma bir şey aydındır – “Yuventus” kimi komanda Çempionlar Liqasına düşməyə borcludur.”

Xatırladaq ki, A Seriyasının son turunda “Yuventus” səfərdə “Udineze”ni 3:1 hesabı ilə məğlub edərək 8 oyun davam edən qələbəsiz seriyasına son qoyub. Turin klubu 9 turdan sonra 15 xalla 7-ci pillədə yer alır.

Chosen
49
90deqiqe.az

1Sources