Birləşmiş Ştatlar və Kanada ticarət danışıqlarını bərpa etməyi planlaşdırmırlar.
Redaktor.az "Reuters"ə istinadən məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Air Force One" təyyarəsində jurnalistlərə bildirib.
O, bu şərhi Kanada rəsmiləri tərəfindən maliyyələşdirilən və ABŞ-də idxal tariflərini tənqid edən reklamın yayımlanması səbəbindən Ottava ilə ticarət danışıqlarının başa çatdığını elan etməsindən bir həftə sonra verib.
Bununla yanaşı, ABŞ-nin energetika naziri Kris Rayt ölkənin məqsədinin Kanada ilə vacib minerallar, neft və qaz üzrə ticarət müzakirələrinə qayıtmaq olduğunu bildirib. Lakin o, iki ölkə arasındakı fikir ayrılıqlarının "əhəmiyyətli səbəblərdən" yarandığını vurğulayıb.