Pentaqon Ukraynaya uzun mənzilli “Tomahawk” qanadlı raketlərinin tədarükünə razılıq verib. Metbuat.az xəbər verir ki, Pentaqon razılığını bir müddət əvvəl keçirilən ABŞ Prezidenti Donald Trampın Vladimir Zelenski ilə görüşündən əvvəl Ağ Evə çatdırıb. CNN-in öz mənbələrinə istinadən məlumatına görə, Pentaqonun qərarı əvvəlcə ABŞ-nin Avropa müttəfiqlərini məmnun edib. Lakin Trampın sonradan Kiyevə “Tomahawk” raketləri göndərməmək qərarı ABŞ və Avropa rəsmiləri tərəfindən təəccüblə qarşılanıb. Vurğulanıb ki, Pentaqon ABŞ-nin silah ehtiyatlarına zərər verməyəcəyini əsas gətirərək Ukraynaya raketlərin göndərilməsinə razılıq verib.