EN

“Araz Naxçıvan”ın futbolçusu milliyə DƏVƏT ALDI

"Araz-Naxçıvan"ın üzvü Felipe Santos Benin millisinin təlim-məşq toplanışına dəvət alıb.

Bizim.Media xəbər verir ki, o, noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq.

Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin Rabat şəhərinə səfər edəcək və yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə orada keçiriləcək yoldaşlıq oyununda debüt edəcək.

Qeyd edək ki, braziliyalı futbolçuya bir müddət əvvəl Benin pasportu təqdim edilib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
17
11
bizim.media

10Sources