Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan təhsilinə zərrə qədər fayda verməyən “Yuva” Feminist təşkilatına milyonlarala manat qrant vəsaiti bağışlayıb. Bu təşkilat qadınları feminist hərəkatına cəlb etməklə təşkilatlandırma və gender bərabərliyi mövzuları üzrə qrant layihələrdə iştiraklarını təmin etməklə müxtəlif mənbələrdən külli miqdarda maliyyə vəsaitləri əldə ediblər. Həmin dəstəyə cəlb olunan şəxslərin əldə etdikləri iri məbləğlər təxribatçılıq xarakterli materialların hazırlanmasına və tədbirlərin təşkilinə sərf edilib.