EN

Bu şəxslər hərbi biletə görə cərimələnir

Hərbi qeydiyyat sənədlərinin qorunması və düzgün saxlanılması hər bir vətəndaş üçün vacib şərtdir. Bəs bu sənədləri itirən şəxsləri hansı cəza gözləyir?

İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsinə əsasən, hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanması və ya itirilməsi inzibati məsuliyyət yaradır.

Belə hallarda vətəndaşa xəbərdarlıq edilir və ya 50 manat məbləğində cərimə tətbiq olunur. (Metbuat.az)

Chosen
12
16
musavat.com

10Sources