EN

“Bavariya” “Feyenoord”un müdafiəçisini transfer etmək istəyir

Niderlandın “Feyenoord” klubunun müdafiəçisi Civayro Rid karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, 19 yaşlı futbolçunun transferi ilə “Bavariya” maraqlanır. Tərəflər artıq ilkin danışıqlara başlayıblar.

Ridin xidmətlərində həmçinin İngiltərə klublarının da maraqlı olduğu bildirilir. “Feyenoord”la müqaviləsi 2029-cu ilin ortalarına qədər qüvvədə olan müdafiəçinin bazar dəyəri 20 milyon avro təşkil edir.

Gənc futbolçu cari mövsümdə 12 oyunda meydana çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
29
90deqiqe.az

1Sources