EN

Türkiyənin Gebze rayonunda daha 3 bina təxliyə edilib

Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda daha 3 yaşayış binasında çatlar əmələ gəlib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda ərazidə 3 binanın təxliyəsi həyata keçirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl eyni ərazidə çökmə nəticəsində 5 nəfərdən 4-ü həlak olub.

Hadisədən sonra bölgədə ümumilikdə 12 binanın təxliyə edildiyi bildirilir.

Chosen
28
2
apa.az

3Sources