EN

Venesuela ABŞ-ın təzyiqi səbəbindən Rusiya, Çin və İrandan kömək istəyib

Bakı. Trend:

Venesuela ABŞ-nin hərbi təzyiqlərinə cavab olaraq Rusiya, Çin vəİrandan kömək istəyib.

Trend-in məlumatına görə, bu barədə "The Washington Post" qəzetixəbər verib.

Məlumata əsasən, Venesuela prezidenti Nikolas Maduro Rusiyaprezidenti Vladimir Putinə konkret xahişlərin sadalandığı məktubgöndərib. İddialara görə, sənəd Rusiya rəhbərliyinə Venesuelanəqliyyat naziri Ramon Velaskes tərəfindən oktyabrın əvvəlindəMaduronun Moskvaya səfəri zamanı təqdim edilib.

Maduro, xüsusən də, Rusiyadan Venesuelanın hava hücumundanmüdafiə sistemlərinin gücləndirilməsində, əvvəllər Karakastərəfindən Moskvadan alınan təyyarələrin təmirində və raketsilahlarının əldə edilməsində kömək istədiyi iddia edilib.

Chosen
76
az.trend.az

1Sources