EN

2026-cı ildə hansı ölkələr dünyanın ən güclü iqtisadiyyatına sahib olacaqlar?

Beynəlxalq Valyuta Fondunun hesabatında bu suala cavab verilir

Hazırda müxtəlif regionlarda baş verən müharibələr təkcə insanların həyatına deyil, qlobal iqtisadi sistemə, ərzaq təhlükəsizliyinə və iqtisadi inteqrasiyaynın zəifləməsinə də ciddi  təsir göstərir. Ən başlıcası isə enerji qiymətləri artır, qlobal inflyasiya yüksəlir, qlobal ərzaq təminatında əlçatanlıq və təchizat məsələləri çətinləşir.

Məlumdur ki, son 3 ildə Ukraynadakı müharibəyə görə NATO-Rusiya münaqişəsi ciddi şəkildə davam edir. Eyni zamanda, İsrail- Həmas, İsrail- İran müharibələri də qlobal iqisadiyyatda tənəzüllərə səbəb olub. Burada bir məsələyə xüsusi diqqət yetirmək lazımdır ki, dünyanın ən çox qaz və neft ehtiyatlarına malik olan Rusiyanın Ukranaya qarşı başlatdığı müharibəyə görə iqtisadi sanksiyalarla üzləşməsi hələ də enerji bazarında ciddi çatışmazlıqlar yaradır. Bundan başqa, ABŞ kimi fövqəlgüc bir dövlətin  dünyanın ən böyük ixraaatçı ölkələri olan Çinə, Kanadaya və Meksikaya qoydüğü  yüksək gömrük rüsumları, (bu, hətta 50-80 faiz arasında dəyişir) qlobal miqyasda iqtisadi gərginlik yaradır.

Bəs davam edən ciddi hərbi münaqişələr dövründə hansı ölkələr öz iqtisadi sabitlyini  qoruya biləcəkdir? Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr aıynda açıqladığı  hesabatına əsasən, 2026-cı il qlobal iqtisadiyyat üçün qeyri-müəyyənlik dövrü ola bilər. Çünki dünyada iqtisadi inkişafın tempi zəifləyir. Lakin bütün bunlara baxmayaraq ABŞ dünyanın ən böyük iqtisadiyyatı olaraq qalacaq. Artıq yüz ildən çoxdur ki, bu ölkə qlobal ÜDM (ümumi daxili məhsul) reytinqində birinci yeri tutur və görünür, qarşıdakı onilliklərdə də liderliyini qoruyacaq. BVF-nin hesablamalarına görə, 2026-cı ildə ABŞ iqtisadiyyatının həcmi 31,8 trilyon dollara çatacaq ki, bu da Çin (2-ci yer), Almaniya (3-cü yer) və Hindistanın (4-cü yer) ümumi ÜDM –in məbləğinə bərabərdir.

Çin 20,7 trilyon dollarlıq proqnozlaşdırılan ÜDM ilə ikinci yeri saxlayacaq. Bu, ABŞ-dan 35 faiz az olsa da, üçüncü yerdəki Almaniyanın göstəricisindən təqribən  üç dəfə çoxdur. Bununla belə, Çin iqtisadiyyatı struktur məhdudiyyətlərlə üzləşir: əhalinin qocalması, daşınmaz əmlak bazarının zəifləməsi və ixrac tariflərinin artması. Bütün bunlar ÜDM artımını son 40 ilin minimum səviyyəsi – ildə təqribən 4 faizə qədər yavaşlada bilər.

Hindistan (4,5 trilyon dollar) daxili tələbat hesabına Yaponiyanı geridə qoyaraq dördüncü mövqeyini möhkəmləndirəcək. Siyahıda, həmçinin İndoneziya və Türkiyə də irəliləyir ki, bu da demoqrafik üstünlükləri və orta inkişaf səviyyəli iqtisadiyyatlarda aparılan islahatları əks etdirir. Fondun məlumatına görə,  Rusiya 2,5 trilyon dollarlıq proqnozlaşdırılan ÜDM ilə siyahıda doqquzuncu yeri tutacaq.

Həmçinin Asiya dünyanın ən böyük iqtisadi regionuna çevriləcək. Çin, Yaponiya və Hindistanın hesabına Asiya ilk dəfə olaraq ümumi ÜDM həcminə görə Şimali Amerikadan irəli keçəcək. Üçüncü yerdə Avropa qərarlaşacaq, onun ardınca Yaxın Şərq, Cənubi Amerika, Afrika və nəhayət, Okeaniya gələcək.

Elçin Zaman, «İki sahil»

Chosen
6
5
ikisahil.az

6Sources