EN

Tramp: ABŞ Venesuelaya zərbə endirməyi planlaşdırmır

BAKI, 01 noyabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp KİV-də yayılan, Vaşinqtonun Venesuela ərazisinə hərbi zərbə endirməyə hazırlaşdığı barədə məlumatları təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Air Force One" təyyarəsində jurnalistlərin sualını cavablandırarkən bildirib.

“Xeyr, biz belə bir plan qurmuruq,”- o deyib.

Bundan əvvəl xarici KİV-lər ABŞ administrasiyasındakı mənbələrə istinadən ölkənin narkokartellərlə mübarizə çərçivəsində Venesuelaya qarşı hərbi əməliyyat istisna etmədiyini yazmışdı.

Chosen
44
teleqraf.com

1Sources