EN

Pentaqon transgendərlərin hərbi xidmətini davam etdirmək imkanlarını məhdudlaşdırdı

BAKI, 01 noyabr. TELEQRAF

ABŞ-nin Müdafiə Nazirliyi transgendər hərbi qulluqçuların ixtisar edilməyə qarşı çıxmaq və xidmətlərini davam etdirmək imkanlarını məhdudlaşdıran yeni qaydalar təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə Associated Press (AP) daxili sənədlərə istinadla xəbər verir.

Yeni siyasət hərbi ixtisarlar üzrə xüsusi komissiyalara aiddir. Əvvəl komissiyalar qərar verib xidmətçinin xidmətini davam etdirməsinə icazə verə bilərdi, lakin indi hərbi rəhbərlik bu qərarları ləğv etmək hüququna malikdir.

Əlavə olaraq, transgendər hərbi qulluqçular komissiya iclaslarında doğulduqları cinsiyyətə uyğun formada iştirak etməyə məcburdurlar. Tələblərə əməl edilmədikdə iclas şəxs olmadan keçirilir və gələcəkdə bu, qarşı tərəfə qarşı istifadə edilə bilər

Chosen
55
3
teleqraf.com

4Sources