EN

Tramp Çinlə davamlı ticarət razılaşması gözlədiyini deyib

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Çinlə davamlı ticarət razılaşması əldə etməyi gözləyir.

APA xəbər verir ki, Tramp bu barədə Vaşinqtondan Florida ştatının Palm Biç şəhərinə uçarkən danışıb.

"Çinlə razılaşma əla olacaq. Davamlı olacaq. Gördüyünüz kimi, mən Prezident Si Cinpin ilə çox yaxşı yola getdim. Düşünürəm ki, onlarla uzun müddət əla münasibətlərimiz olacaq", - Tramp deyib.

Chosen
49
apa.az

1Sources