EN

Həftəsonu yollarda diqqətli olun - BDYPİ-dən ÇAĞIRIŞ

Bakı. Trend:

Həftəsonları paytaxt və bölgələr arasında intensiv hərəkətmüşahidə olunur. İstirahət və səfər məqsədilə yola çıxansürücülərin sayının artması nəticəsində magistral və əsas avtomobilyollarında nəqliyyatın sıxlığı artır, bu isə qəza riskininyüksəlməsinə səbəb olur.

Trendxəbər verir ki, bu barədə BDYPİ-nin çağırışında qeyd edilib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bildirirki, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə respublikaərazisində nəzarət-profilaktik tədbirlər gücləndirilib, patrulxidmətinin fəaliyyəti daha da intensivləşdirilib.

"Bununla belə, müşahidələr göstərir ki, bəzi hallarda sürücülərtərəfindən qaydalara əməl olunmaması, tələskənlik və diqqətsizliknəticəsində ağır yol-nəqliyyat hadisələri baş verir. Bu cürhalların qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi birdaha sürücülərə müraciət edir:

Səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlayın,nasaz nəqliyyat vasitəsi ilə yola çıxmayın, sürət həddinə vəötmə-manevretmə qaydalarına ciddi riayət edin. Hərəkət zamanı havaşəraitini və yolun vəziyyətini nəzərə alın, uzun məsafələrdəfasilələrlə hərəkət edin, yorğun və yuxusuz halda sükan arxasınaəyləşməyin.

Unutmayın – yolda intizam və məsuliyyət hər bir sürücününtəhlükəsizliyinin əsas təminatıdır",- deyə məlumatda qeydedilib.

Məqalədə:
Chosen
29
31
az.trend.az

10Sources