“JetBlue” aviaşirkətinə məxsus təyyarə hündürlüyün kəskin şəkildə azalması səbəbindən Floridada təcili eniş etməli olub.Bu barədə “Associated Press” xəbər verir.
Hadisə nəticəsində 15 sərnişin xəsarət alıb.
Təyyarənin Meksikanın Kankun şəhərindən ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərinə reys həyata keçirdiyi bildirilir.
162 yerlik “Airbus A320” təyyarəsində neçə nəfərin olduğu barədə məlumat yoxdur.
Təyyarə artıq istismardan çıxarılıb. Hadisənin səbəbini müəyyən etmək üçün araşdırma başlanılıb.