EN

İtkin düşən 7 nəfər tapıldı

Ötən gün polis əməkdaşları tərəfindən itkin düşən şəxslərin tapılması istiqamətində tədbirlər davam etdirilib.

Bu barədə Sherg.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, oktyabrın 31-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Chosen
18
16
sherg.az

10Sources