EN

2050-ci ilədək Avrasiya üzrə quru yükdaşımalarının həcmi iki dəfədən çox artacaq - IRU baş katibi

Bakı. Trend:

Avtomobil nəqliyyatı daşımaların həcminin artmasına hazırolmalıdır. Proqnozlara görə, 2050-ci ilədək Avrasiya üzrə quruyükdaşımalarının həcmi iki dəfədən çox artacaq.

Trend BeynəlxalqAvtomobil Nəqliyyatı İttifaqına (IRU) istinadən xəbər verir ki,bunu IRU baş katibi Umberto de Pretto Çinin Dunquan şəhərindəkeçirilən 7-ci “Huawei Digital Supply Chain Forum” forumundadeyib.

“Bir çox sahələrdə texnoloji tərəqqi sürətlə irəliləsə də,rəqəmsallaşmanın əsas elementləri – gömrük prosedurları, sərhədnəzarəti, icazələr, vizalar və digər proseslər hələ də geri qalır.Bəzi regionlarda diqqətəlayiq uğurlar müşahidə olunsa da,digərlərində dəyişikliklər son dərəcə yavaş baş verir.

TIR sistemi kimi "yumşaq tədbirlərin" tətbiqi və dövlət-özəltərəfdaşlığının inkişafı sayəsində biz ticarətdəki maneələri aradanqaldıra və səmərəliliyin artırılması üçün yeni imkanlar açabilərik”, – deyə Umberto de Pretto qeyd edib.

Onun sözlərinə görə, dünyada bu sahə müxtəlif siyasətlər,məqsədlər və enerji reallıqları ilə üzləşir. Eyni zamanda,avtomobil nəqliyyatı artan daşımalar həcminə hazır olmalıdır:proqnozlara əsasən, 2050-ci ilə qədər Avrasiya üzrə quruyükdaşımalarının həcmi iki dəfədən çox artacaq. Bu isə logistika vənəqliyyat şəbəkələrinin dayanıqlı, funksional və iqtisadi baxımdansəmərəli qalmasını tələb edir.

Chosen
22
1
az.trend.az

2Sources