EN

ABŞ gəmiləri Venesuela sahillərinə yaxınlaşdı – Karib dənizində gərginlik artır

 ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus raket esminesi USS Gravely və desant gəmisi USS Iwo Jima Venesuela sahillərinə yaxın mövqelər tutub.

Musavat.com xəbər verir ki, Peyk görüntülərinə əsasən, gəmilər əvvəlcə Qrenadanın qərbində müşahidə olunub, indi isə Venesuelanın Orçila adasından cəmi 200 km məsafədə yerləşir.

Orçila adasında aviabazalar və radar sistemləri mövcuddur, bu isə analitiklərin fikrincə, potensial hərbi əməliyyatların planlaşdırıldığına dair siqnal kimi qiymətləndirilir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vəziyyət ABŞ və Venesuela arasında münasibətləri kəskin şəkildə gərginləşdirə bilər.

Musavat.com

Chosen
35
musavat.com

1Sources