EN

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin toplantısı keçirilib (FOTO)

Bakı. Trend:

Almaniyanın Köln şəhərindəki Azərbaycan Evində AlmaniyaAzərbaycanlıları Alyansı İdarə Heyətinin toplantısı keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, Alyansın İdarə Heyətinin sədri Altay RüstəmliAlmaniyada yaşayan həmvətənlərimizin birliyindən və millidəyərlərimizin qorunması istiqamətində görülən işlərdən danışıb, buölkədəki diaspor təşkilatlarını birləşdirən Alyansın fəaliyyətibarədə hesabatla çıxış edib.

Toplantıda iştirak edən Azərbaycan Respublikası Diasporla İşüzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevinrəhbərliyi altında həyata keçirilən ardıcıl və məqsədyönlü dövlətsiyasəti nəticəsində diaspor fəaliyyətinin yeni, daha yüksəkinkişaf mərhələsinə yüksəldiyini qeyd edib. Alyansın gördüyüişlərlə bağlı fikrini bildirən komitə sədri xaricdə yaşayansoydaşlarımızın milli maraqlar ətrafında sıx birləşməsinin, diasportəşkilatlarının fəaliyyətinin mərkəzləşdirilməsinin və görülənişlərin sistemliliyinin əhəmiyyətini diqqət mərkəzinə gətirib.

Müzakirələr zamanı bildirilib ki, həmvətənlərimizin buproseslərdə göstərdikləri fəallıq və təşəbbüskarlıq Azərbaycandiaspor hərəkatının inkişafında mühüm rol oynayır, icmalaşmaprosesi güclənir, diaspor təşkilatlarının qərar qəbuletməbacarıqları sürətlə inkişaf edir.

Toplantı Alyansın bundan sonrakı fəaliyyətinə, ümumilikdədiasporun inkişafına təkan verə biləcək istiqamətlər üzrə fikirmübadiləsinin aparılması və perspektivə dair təkliflərinsəsləndirilməsi ilə yekunlaşıb.

Almaniya
Almaniya
Almaniya
Almaniya
Chosen
32
1
az.trend.az

2Sources