EN

"Fly to Baku. Art Weekend. Sense the Future NOW"un xarici qonaqları layihənin miqyasından heyrətləniblər (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı,Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən“Bakıya uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ duy” (“Fly toBaku. Art Weekend. Sense the Future NOW”) İncəsənət Festivalınıntanınmış qonaqları tədbirin təşkilindən və təqdim olunanproqramlardan böyük heyranlıq duyduqlarını bildiriblər.

Trend xəbər verirki, dünyaca məşhur italyan rəssam və heykəltəraş Cüzeppe Karta qeydedib ki, festivalın zəngin proqramı müasir insan üçün həm çoxmaarifləndirici, həm də aktualdır.

“Ələlxüsus önəmli məqam odur ki, tamaşaçılar kolumbiyalı məşhurrəssam və heykəltəraş Fernando Boteronun əsərləri ilə tanış olabilirlər – burada 100-dən çox unikal incəsənət nümunəsi nümayişolunur. Festival ən yüksək səviyyədə təşkil edilib və onunçərçivəsində iki gün ərzində Azərbaycan Dövlət RəssamlıqAkademiyasında mənim ustad dərslərim keçirilir”, – deyə rəssamvurğulayıb.

Qeyd edək ki, hazırda Heydər Əliyev Mərkəzində Cüzeppe Kartanın“Təbiətin hədiyyələri” (“Gifts of Nature”) adlı fərdi sərgisikeçirilir. Sərgidə meyvə və tərəvəzlərin iri heykəlləri nümayişolunur. Bu əsərlərin bəziləri müəllif tərəfindən məhz Heydər ƏliyevMərkəzindəki sərgi üçün xüsusi olaraq hazırlanıb və ilk dəfə olaraqBakı ictimaiyyətinə təqdim edilir.

Almaniyanın Volfsburq İncəsənət Muzeyinin icraçı direktoru OtmarBöhmer bildirib ki, festival çərçivəsində müxtəlif ölkələrdən, ocümlədən Azərbaycandan olan rəssamların çoxsaylı maraqlı vəorijinal əsərlərini görüb.

“Onların hər biri ayrı-ayrılıqda özünəməxsus şəkildə milliənənələri, müəllifin daxili dünyasını və müasir incəsənət baxışınıəks etdirir. Azərbaycanlı sənətkarlarla tanış olmaq mənim üçünxüsusilə xoş oldu – onların əsərləri dərinlik, forma və rəngduyumu, eləcə də fəlsəfi baxışla zəngindir. Biz həmkarlarlabirlikdə Bakı və Azərbaycan incəsənətinə, mədəniyyətlərarasıdialoqa və yeni bədii axınlara böyük maraq göstəririk. Mən ilk dəfəburadayam, amma bu səfər məndə çox isti təəssürat yaratdı.Ümidvaram bu canlı və ilhamverici incəsənət dünyasına yenidənqayıtmaq fürsətim olacaq”, – deyə o bildirib.

ABŞ-dən olan yazıçı Manuel Xesus de Atoça İris Errera da ilkdəfə Bakıya gəlib və öz dərin təəssüratını bölüşüb:

“Mən ingilis və ispan dillərində yazıram və artıq burada çoxlugözəllik, mədəniyyət və ilham gördüm. Bu şəhərin necə canlıolduğunu, ölkənin necə incəsənətlə nəfəs aldığını hiss etməkmümkündür. Festival həm möhtəşəm, həm də genişmiqyaslıdır! Buradayaradıcı atmosfer doğrudan da heyrətamizdir və bu hadisənin birparçası olmaq fürsətinə görə minnətdaram. Ümid edirəm ki, buradadigər sənətkarlarla və ümumilikdə tamaşaçılarla yaradıcı birliyənail olacağam”, – deyə yazıçı vurğulayıb.

Qeyd edək ki, 31 oktyabr – 2 noyabr tarixlərində Bakıdaincəsənət, mədəniyyət və ekologiyanı birləşdirən möhtəşəm “Bakıyauçuş. İncəsənət Həftəsi: Gələcəyi İNDİ duy” (“Fly to Baku. ArtWeekend. Sense the Future NOW”) İncəsənət Festivalı keçirilir.Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən,Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunub.Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondununvitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi LeylaƏliyevadır.

Məqalədə:
Chosen
50
1
az.trend.az

2Sources