EN

ABŞ prezidentinin oğlu Ermənistana gedəcək Media

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp 12 noyabrda Ermənistana gedəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə "Past" məlumat verib.

Nəşrin məlumatına görə, səfərin məqsədi biznes maraqları ilə bağlıdır. Hökumət rəsmiləri ilə bir neçə görüş planlaşdırılır. Lakin 47 yaşlı Trampın Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş planlaşdırıb-planlaşdırmadığı hələlik məlum deyil.

Nəşr qeyd edir ki, onun səfərini çox güman ki, Ermənistanın ABŞ-dakı yeni səfiri Narek Mkrtçyan təşkil edir.

Donald Tramp kiçik sahibkardır. O, bacısı İvanka Tramp və qardaşı Erik Trampla birlikdə o, atasının şirkətində, icraçı vitse-prezident vəzifəsində çalışır.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
42
bizimyol.info

1Sources