BAKI, 1 noyabr. TELEQRAF
Rusiya Ukraynanın Mikolayiv şəhərinə ballistik raket zərbəsi endirib.
Teleqraf xəbər verir ki, bu barədə eyniadlı vilayətin Hərbi Administrasiyasının rəhbəri Vitali Kim məlumat verib.
İlkin məlumata görə, şəhər kaset başlığı ilə “İskəndər-M” raketi ilə hücuma məruz qalıb.
“Təəssüf ki, bir nəfər ölüb, 15 nəfər yaralanıb”, - Kim deyib.
Qeyd olunub ki, mülki şəxslər, o cümlədən uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.