Thodex-in qurucusu Faruk Fatih Özerin həbsxanada meyiti tapılıb.
Â
Faruk Fatih Özerin meyiti həbsxananın tək nəfərlik kamerasının hamam otağında asılmış vəziyyətdə aşkarlanıb.
Â
Qeyd edək ki, Thodex adlı kriptovalyuta birjası vasitəsilə çox sayda insanı dələduzluq yolu ilə aldatmaqda ittiham olunan Faruk Fatih Özer Albaniyada 2022-ci il avqustun 30-da saxlanılaraq Türkiyəyə gətirilib. Onun barəsində cinayətkar təşkilat qurmaq, idarə etmək və təşkilata üzv olmaq, dələduzluq və əmlak dəyərlərini leqallaşdırmaq kimi ittihamlarla 11 min 190 il 6 ay həbs cəzası tələb olunurdu.
Â
APA
Tarix: 1 Noyabr 2025, 13:50  Â