EN

Azər Həşimov "Zirə"yə məğlubiyyəti şərh etdi

Misli Premyer Liqasının 10-cu turunda Şamaxıda "Zirəy"ə 2:3 hesabı ilə uduzan "Karvan-Yevlax"ın baş məşqçisi Azər Həşimov məğlubiyyəti şərh edib.

Fanat.Az-ın məlumatına görə, o, matçla bağlı belə danışıb:

“Standart vəziyyətlərdən qollar buraxdıq. Futbolçulara daha diqqətli olmalarını tapşırmışdıq. Məşqçi çıxıb orda futbolçunun yerinə mübarizə aparmamalıdır.
Komandamız neçə illərdən sonra Premyer Liqaya qayıdıb, yeni komandayıq. Meydança problemlərimiz var idi, həll olunub. Öz meydançamızda məşq edirik. Bunun nəticəsini qarşıdakı oyunlarda görəcəyik. İnanıram ki, daha dinamik, daha sürətli komanda olacağıq.

Coy Sleyd Mikels “Kəpəz”lə oyundan sonra iki ay futboldan uzaq qalmışdı. Bu gün də iynə-dərmanla meydana çıxmışdı. 

Araz Abdullayevin də arxa əzələlərində problem yarandı, mikro zədədir. Düşünürəm ki, növbəti oyunlarda komandaya qoşulacaq.

Güman edirəm ki, oyundan-oyuna fərq var. Düzdür, futbolda belə bir şey var ki, yaxşı oynayıb məğlub olmaqdansa, pis oynayıb qələbə qazanmaq daha yaxşıdır. Ona görə ki, xallarımızın üstünə xal gəlir. Bu gün oyundan razı, nəticədən isə narazıyıq. Komandama inanıram və düşünürəm ki, gələcəkdə daha yaxşı nəticələr olacaq. “Karvan-Yevlax” Premyer Liqadakı yerini qoruyub-saxlayacaq”.

Chosen
30
2
fanat.az

3Sources