EN

İsmayıllı rayonunda zəlzələ qeydə alınıb

Bakı, 1 noyabr, AZƏRTAC

İsmayıllı stansiyasından 20 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata əsasən, zəlzələ episentrdə 4 bal, Basqal, Lahıc qəsəbələrində, Əhən kəndində və ətraf yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

 

Chosen
44
23
azertag.az

10Sources