GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi tərəfindən keçirilən “Qanunsuz-2025” əməliyyatından sonra 4300-dən çox miqrantın Rusiyadan deport edilməsinə qərar verilib.
Globalinfo.az xəbər verir ki, bu barədə departamentin rəsmi Teleqram kanalında məlumat verilib.
“Qanunsuz-2025” adlı əməliyyat iki mərhələdə (iyun və oktyabr) aparılıb.
Daha əvvəl polis 748 cinayət işi açıb ki, bunlardan 430-u saxta qeydiyyat, 235-i isə immiqrasiya sənədlərinin saxtalaşdırılması ilə bağlı olub. Daha 29 iş narkotik qaçaqmalçılığına, 24-ü isə əcnəbilər tərəfindən törədilən digər cinayətlərə aid edilib.
Bundan əlavə, qanunsuz miqrantları işəgötürənlərə qarşı 1600-dən çox məlumat təqdim edilib.
Regional Daxili İşlər Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tatyana Petrovanın sözlərinə görə, qarşısı alınan inzibati xətaların ümumi sayı 15705-ə çatıb.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.