EN

Göygöldə oğurlanan 62 baş qoyunun 56-sı tapılıbVİDEO

Göygöldə fermadan oğurlanan qoyunlar tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən fermer təsərrüfatından gecə saatlarında oğurlanan 62 baş qoyunun 56-sı tapılaraq sahibinə verilib.

Təsərrüfat sahibi Mahir Tağıyevin sözlərinə görə, heyvanları oğurlayan şəxslər məsələnin ictimailəşdirilməsindən qorxub, onları sahibsiz əraziyə buraxıblar.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər davam etdirilir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.   

Chosen
19
xezerxeber.az

1Sources