EN

“Mançester Yunayted” heç heçəyə razılaşdı

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

İngiltərə Premyer Liqasının 10-cu turunda “Mançester Yunayted” səfərdə “Nottinqem Forest”lə heç-heçəyə razılaşıb.

QOL.az xəbər verir ki, “Siti Qraund” stadionunda keçirilən oyunda qonaqlar Kazemironun 34-cü dəqiqədə vurduğu qol ilə fasiləyə üstün yollanıblar. İkinci hissədə Morqan Gibbs Uayt (48) bərabərlik qolunu vurub. Getdikcə qızğınlaşan oyunda Nikolo Savona (50) “Nottinqem Forest”i önə çıxarsa da "Mançester Yunayted" Amad Diallonun qolu (81) ilə hesabı yenidən bərabərləşdirib.

Qeyd edək ki, bu nəticə ilə “Mançester Yunayted” Premyer Liqada ardıcıl 3 qələbə seriyasını dayandırıb və 17 xalla 5-ci pillədə qərarlaşıb. “Nottinqem Forest” isə 6 xalla 18-ci sıradadır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
2
qol.az

3Sources