EN

Moskvada ƏMƏLİYYAT: 4,3 mindən çox əcnəbi ölkədən ÇIXARILDI

Moskva vilayətində genişmiqyaslı “Qeyri-qanuni-2025” əməliyyatı keçirilib.

Musavat.com xəbər verir ki, əməliyyat nəticəsində 4,3 mindən çox əcnəbi Rusiya Federasiyasının ərazisindən çıxarılıb.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, məhkəmə orqanları 4,3 mindən çox inzibati xarakterli çıxarılma qərarı qəbul edib.

Əməliyyatlar 13–22 oktyabr tarixləri arasında keçirilib və regionun bütün ərazisini əhatə edib.

Musavat.com

Chosen
24
musavat.com

1Sources