"Qarabağda tikinti prosesinin irəliləyişi sadəcə inanılmazdır".
“İki sahil” xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Ronen Krausz Qarabağ səfəri ilə "X" hesabındakı paylaşımında qeyd edib.
Qarabağa ikinci dəfə səfər etdiyini bildirən diplomat ərazidə aparılan işlərin və tikinti prosesində irəliləyişinin inanılmaz olduğunu qeyd edib:
"Körpülər, dəmir yolları, yollar, tunellər, kəndlər və şəhərlər - hamısı sürətlə inkişaf edir. Növbəti səfərimdə bu irəliləyişi görmək üçün səbirsizliklə gözləyirəm".
My second visit to Karabakh. The advancement of work and construction is just incredible. Bridges, Railways, Roads, Tunnels, Villages and cities. Can't wait to see the progress on my next visit. pic.twitter.com/8zQhgrEcoC
— Ronen Krausz (@AmbRonenKrausz) November 1, 2025