ABŞ-nin Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak deyib ki, Türkiyə və İsrail arasında müharibə olmayacaq. Ajans.az Haber Global-a istinadən xəbər verir ki, o, bu barədə ABŞ prezidenti Donald Trampın sülh səylərindən bəhs edərək bildirib. "Düşünmürəm ki, bu baş verəcək və Xəzər dənizindən Aralıq dənizinə qədər əməkdaşlığı görəcəksiniz", - deyə o qeyd edib. O, həmçinin əlavə edib ki, Qəzzada atəşkəsin Türkiyə olmadan mümkün olmayacağını bildirib. ABŞ prezidenti Donald Trampın bu məsələyə görə Prezident Rəcəb Tayyib Ərdoğana dörd dəfə təşəkkür etdiyini bildirib.