EN

Tramp Orbanın Rusiyadan neft idxalına istisna tələbini rədd etdi…


ABŞ Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanın Rusiyadan neft idxalı üçün sanksiyalardan istisna tələbini rədd edib.

Vaşinqtondan Floridadakı Mar-a-Laqo malikanəsinə gedərkən açıqlama vern Tramp deyib: "Orban mənim dostumdur, amma mən bu məsələdə ona istisna tanımamışam".

“Bloomberg”in məlumatına görə, Orban 7 noyabrda Ağ Evdə keçiriləcək görüşdə bu qərarı ləğv etməyə çalışacaq. Macarıstan liderinin məqsədi Rusiya neft və qazının alınmasına davam etmək üçün sanksiyalardan istisna hüququ əldə etməkdir. Sammitdə həmçinin enerji, müdafiə, iqtisadiyyat və maliyyə sahələrində sazişlərin imzalanması planlaşdırılır.

TAHR

Chosen
122
7
baki-xeber.com

10Sources