Xəbər verdiyimiz kimi, Şəmkirdə binada yanğın hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Mansetaz-a verilən məlumata görə, yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
***
21:26
Şəmkirdə binada yanğın hadisəsi olub.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir şəhərində dördmərtəbəli yaşayış binasının zirzəmisində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.