EN

Zaxarova: Vaşinqton narkotiklərə qarşı müharibəni Venesuelada deyil, ABŞ-da başlamalıdır

BAKI, 1 noyabr. TELEQRAF

"ABŞ administrasiyası Karib hövzəsində narkotiklərlə mübarizə missiyası planlaşdırmaqda səhv edir, çünki “ABŞ-nin narkotik probleminin kökü elə özündədir”.

Teleqraf xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqramda yazıb.

"Hazırda dünyanın diqqəti Cənubi Amerika qitəsinin şimal sahillərində cəmlənib. Müşahidəçilərin fikrincə, 16 min hərbçi, səkkiz döyüş gəmisi, bir nüvə sualtı qayığı, B-52 strateji bombardmançı təyyarələri və F-35 qırıcıları Karib hövzəsində nəyəsə hazırlaşır. ABŞ-nin flaqman gəmisi R.Ford, üç müşayiət gəmisi və 4000 personal tezliklə mövcud qrupa qoşulacaq”, - diplomat qeyd edib.

O əlavə edob ki, rəsmi olaraq bəyan edilmiş məqsəd narkotiklərlə mübarizə missiyasıdır: "ABŞ-nin müdafiə naziri Pit Heqset bu yaxınlarda bunu bəyan edib. ABŞ-nin Sakit Okeanda gəmilərə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artıq onlarladır. Amerikalılar bu problemi həll etmək səylərində bir qədər uzağa gedirlər. Çünki ABŞ-nin narkotik probleminin kökü ABŞ-nin özündədir".

Chosen
57
teleqraf.com

1Sources