EN

Azərbaycanda qeyri-adi MEYVƏ: Ağacda çiyələk yetişdi - FOTO

Azərbaycanda ağacda çiyələk yetişib. Qeyri-adi meyvəsi ilə seçilən bu ağac Qaxın Qaysarlı kəndində, Kamil Həşimova məxsus təsürrüfatdadır.

Təsərrüfat sahibi Bizim.Media-ya açıqlamasında bildirib ki, bu ağacın tingini 7-8 il əvvəl bir dostundan alıb, digər ağaclardan fərqli hər hansı bir qulluq da göstərməyib.

“Meyvəsi xoşuma gəldi. Ting kimi gətirib basdırdım. 3-cü ilində bar verir. Bu ağacın 7-8 yaşı var”, – deyə Kamil Həşimov qeyd edib.

El arasında “Çiyələk ağacı” kimi tanınsa da, meyvəsi moruğa bənzəyir. Ağac özü də tikanlıdır. Tam yetişən meyvələri nisbətən şirin olur.

K. Həşimov bildirib ki, ağacın meyvəsi yeyilir: “Kompot və mürəbbə də hazırlayırıq. Görənlərin marağına səbəb olur. Düzünə qalsa, əsl adını özüm də bilmirəm. Çiyələk ağacı deyirik”.

Qeyd edək ki, bu meyvə Üçdişli Kudraniyadır. Tut ailəsinə məxsus bu bitki Yaponiya, Çin və Cənubi Koreyada geniş yayılıb.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Chosen
33
2
bizim.media

3Sources