Xalq artisti Röya Ayxan konsertində qarşılaşdığı mənzərəyə görə özündən çıxıb.
Ölkə.Az xəbər verir ki, konsertə gələn tamaşaçılardan biri telefonu ilə futbol matçını izləyib.
Bunu görən sənətçi qonağın əlindən mobil cihazı alaraq ona narazılığını bildirib. Telefondakı görüntüləri digər tamaşaçılara göstərən Xalq artisti həmin şəxsə "məni qoyub futbolmu izləyirsən?" deyə sitəm edib.