EN

Premyer Liqa: “Arsenal”, “Çelsi” və “Liverpul”dan qələbə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Nottingem Forest” – “Mançester Yunayted” matçında qalib müəyyənləşməyib.

“Brayton” “Lids”i, “Kristal Pelas” “Brentford”u, “Fulhem” “Vulverhempton”u məğlub yola salıb.

“Tottenhem”lə “Çelsi” arasında baş tutmuş London derbisində “zadəganlar” qələbə qazanıblar. “Börnli”nin qonağı olmuş lider “Arsenal” inamlı qələbəyə sevinib. Son çempion “Liverpul” da evdə “Aston Villa”ya qalib gəlib.

10-cu turun qalan görüşləri noyabrın 2-də və 3-də keçiriləcək.

İngiltərə, Premyer Liqa
10-cu tur

1 noyabr

Brayton – Lids 3:0
Qollar: Uelbek, 11. D.Qomes, 64; 70.

Tottenhem – Çelsi 0:1
Qol: J.Pedro, 34.

Börnli – Arsenal 0:2
Qollar: Dyökereş, 14. D.Rays, 35.

Kristal Pelas – Brentford 2:0
Qollar: Mateta, 30. N.Kollinz, 51-öz qapısına.

Fulhem – Vulverhempton 3:0
Qollar: Sessenyon, 9. H.Uilson, 62. Moskera, 75-öz qapısına.

Nottingem Forest – Mançester Yunayted 2:2
Qollar: Gibbs-Uayt, 48. Savona, 50 – Kazemiro, 34. A.Diallo, 81.

Liverpul – Aston Villa – 2:0
Qollar: Salah, 45+1. Qravenberx, 58.

2 noyabr

18:00. Vest Hem – Nyukasl
20:30. Mançester Siti – Bornmut

3 noyabr

00:00. Sanderlend – Everton

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
19
49
arena.az

10Sources