Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 11-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
“Monako”nun qonağı olan “Paris” səfərdə tək qolla 3 xal qazanıb. Paytaxtın digər təmsilçisi PSJ evdə “Nitsa”nı oxşar hesabla yenib. Marsel “Olimpik”i də səfərdə “Oser”i minimal hesabla üstələyib.
11-cu turun qalan görüşləri noyabrın 2-də və 3-də keçiriləcək.
Fransa, Liqa 1
11-ci tur
1 noyabr
Monako – Paris 0:1
PSJ – Nitsa 1:0
Qol: Q.Ramos, 90+4.
Oser – Olimpik (Marsel) 0:1
Qol: A.Qomes, 30.
2 noyabr
18:00. Renn – Strasburq
20:15. Lans – Loryan
20:15. Lill – Anje
20:15. Nant – Mets
20:15. Tuluza – Havr
23:45. Brest – Olimpik (Lion)
Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
                        
