EN

Rusiya Xarkovda Ukrayna mövqelərini hədəfə aldı

BAKI, 2 noyabr. TELEQRAF

Rusiya ordusu Xarkov istiqamətində Ukraynanın mövqelərini məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Şimal qrupunun hərbçiləri Xarkov istiqamətində Ukrayna Silahlı Qüvvələrinin minomyot hesabına aid müvəqqəti düşərgə və atəş mövqeyini məhv edib. Dronlar vasitəsilə əldə edilən kəşfiyyat məlumatları əsasında atəş zərbələri endirilib və real vaxtda çəkilən kadrlarda hədəflərin məhv edildiyi təsdiqlənib", - məlumatda qeyd olunub.

Chosen
65
teleqraf.com

1Sources