EN

İsmayıllı rayonunda zəlzələ olub

Bakı, 2 noyabr, AZƏRTAC

İsmayıllı stansiyasından 21 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata əsasən, yerli vaxtla saat 02.50-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub.

Zəlzələ hiss olunmayıb.

Chosen
53
48
azertag.az

10Sources