ABŞ Prezidenti Donald Tramp Nigeriyada xristianlara qarşı törədildiyi iddia edilən zorakılıqda yerli hakimiyyəti yenidən ittiham edərək bildirib ki, əgər hücumlar dayandırılmazsa, Vaşinqton həmin ölkəyə hərbi şəkildə müdaxilə edə bilər.
Tramp bu fikirləri Truth sosial platformasında paylaşaraq qeyd edib ki, o, Pentaqona mümkün əməliyyatlara hazır olmaq tapşırığı verib.
Tramp əlavə edib ki, əgər belə bir əməliyyat həyata keçirilərsə, “o, sərt, sürətli və çevik olacaq”.
APA
Tarix: 2 Noyabr 2025, 08:10