EN

Xərçənglə mübarizədə YENİLİK: "Xərçəng qatili" mikro-robot

Ajans.az xəbər verir ki, maqnitlərin yaratdığı maqnit sahəsi ilə işləyən, düyü dənəsi böyüklüyündə olan bu robot xərçəngli toxumaları dağlayaraq məhv edir. “Xərçəng hüceyrəsi qatili" adlandırılan robot Tohoku Universitetində hazırlanıb. Uzunluğu 8 millimetr, diametri isə 1 millimetr olan robot damar daxilində irəlilədikcə kənardan idarə olunur. Mikro-robot mühəndisləri ilə Yaponiya Xərçəng Araşdırma Mərkəzinin birgə əməkdaşlığı nəticəsində hazırlanan robot təhlükəli əməliyyatlarda da istifadə olunur.

Tohoku Universitetinin alimlərindən Kazuşi İshiyama bildirir ki, onlar eyni model əsasında çoxməqsədli bir neçə robot hazırlayıblar:
"Məsələn, bizdə daşıyıcı bir robot da var. Bu robot öz daxilində dərman daşıyır. Yəni xəstə orqana və ya toxumaya lazım olan dərmanı çatdırır və bir vint kimi fırlanaraq irəlilədiyi üçün dərmanı asanlıqla hüceyrələrə ötürə bilir. Beləliklə, dərmanın digər orqanlara göstərdiyi yan təsirlər aradan qaldırılmış olur".

Chosen
25
Ajans.az

1Sources