Bakı. Trend:
Yarış Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlıordumuzun əldə etdiyi qələbəyə həsr olunub. Sevindirici haldır ki,qaçışda iştirak edənlərin sayı ildən-ilə artır.
Trend xəbər verir ki, busözləri gənclər və idman naziri Fərid Qayıbov “Qürurla irəli”devizi ilə təşkil edilən “Qələbə qaçışı”ndan sonra jurnalistlərəaçıqlamasında deyib.
O, qaçışda rekord sayda iştirakçının mübarizə apardığınıbildirib: “İl ərzində təşkil edilən müxtəlif kütləvi tədbirlərinbəhrəsini görürük. Artıq müxtəlif qaçış klubları yaranıb. Mən də öznövbəmdə çalışıram ki, keçirilən bütün qaçış yarışlarında iştirakedim. Yarışın keçirilməsində əməyi keçən hər kəsə dəminnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq həril keçirilir.