EN

“Komandada potensial var”

“Yuventus”un baş məşqçisi Lusiano Spaletti A Seriyasının 10-cu turunda “Kremoneze” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, italyan çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında danışıb.

“Birinci hissənin böyük hissəsində yaxşı oynadıq, amma fasilədən əvvəl və sonra bir qədər çətinlik yaşadıq. Ümumilikdə çoxsaylı qol epizodlarımız oldu, sadəcə, daha soyuqqanlı oynamalıyıq. Komandada potensial var. Kopmeynersi üçlü müdafiə sistemində oynatmaq fikrimiz onun hərəkətliliyindən istifadə edərək yarımmüdafiəyə əlavə dəstək vermək idi. O, həm əhval-ruhiyyəsi, həm də komanda ilə qarşılıqlı anlaşma baxımından əla oyun göstərdi.”

10 turdan sonra “Yuventus” A Seriyasının turnir cədvəlində 18 xalla üçüncü pillədə qərarlaşıb. “Kremoneze” isə 14 xalla 9-cu yerdədir.

Chosen
37
90deqiqe.az

1Sources