EN

İngiltərə millisinin qolkiperi: İmkanım olsaydı, hər həftə gedib bacardığım qədər...

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Everton" və İngiltərə millisinin qapıçısı Cordan Pikford motokrossa olan ehtirasından danışıb. Sport24.az xəbər verir ki, "çərçivə qoruyucusu" bununla bağlı BBC-yə açıqlama verib:

"Futbolçu kimi motokrossda iştirak etməyə icazəm yoxdur. Amma çox istərdim ki, belə imkanım olsun. Uşaq vaxtı hər həftə dostlarımla birgə bu yarışları izləməyə gedirdim. Bu gün ən yaxşı dostum Britaniya Çempionatında yarışır. İmkanım olsaydı, hər həftə gedib bacardığım qədər izləyərdim. Təəssüf ki, müqavilələrimizdə bu cür şeylərə qarşı sərt qaydalar var. Yəqin ki, həyatda etməkdən zövq alacağım yeganə şey budur".

Qeyd edək ki, qolkiper bu mövsüm İngiltərə Premyer Liqasında "Everton"un heyətində doqquz oyun keçirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
sport24.az

1Sources