EN

Kanslerə sərt sözlər: Utanmalısan!

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Almaniya Kansleri Fridrix Merzin Rusiya ilə bağlı açıqlamasına görə tənqid edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniya üçün Alternativ  (AfD) Avropa Parlamentinin üzvü Siegbert Dreze danışıb.

“Ukrayna müharibəni tamamilə obyektiv səbəblərə görə uduzur. Siz isə, cənab kansler, vergi ödəyicilərinin, soydaşlarımızın pullarını bu köklü korrupsioner ölkəyə sanki sabah yoxmuş kimi xərcləyirsiniz”, – o yazıb.

Dreze xatırladıb ki, Ukrayna nə NATO , nə də Avropa İttifaqı (Aİ) ölkəsidir:

“Buna görə utanın!”

Bundan əvvəl Fridrix Merz bildirmişdi ki, Almaniya və G7 ölkələri Ukraynaya hava hücumundan müdafiə sahəsində dəstək vermək və respublikanın dağılmış enerji infrastruktur obyektlərinin bərpası ilə bağlı Rusiyaya “vacib siqnal” göndəriblər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
47
globalinfo.az

1Sources