EN

Hər gün edirik, amma faydasını bilmirik Maraqlı

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“Əsnəmək əzələlərdə gərginliyi azaldır və rahatlıq hissi yaradır”.

Globalinfo.az xəbər verir ki, bunu tibb elmləri doktoru Valeri Litvinov deyib.

Alimin fikrincə, əsnəmək ali sinir sistemini aktivləşdirən mürəkkəb neyrofizioloji aktdır:

“Əsnəyən zaman qanda oksigen miqdarı müvəqqəti olaraq artır. Bu proses sinir sistemini “yenidən işə salmağa” və bədənin optimal fəaliyyətini saxlamağa kömək edir”, – deyə o bildirib.

Valeri Litvinov qeyd edib ki, stress boyun, çiyinlər və çənə əzələlərində həddindən artıq gərginliyə səbəb olur:

“Bu zaman əsnəmə əks effekt verir, yəni sinir sisteminin tonusunu azaldır. Serotonin onurğa beynindəki neyronların həyəcanını azaldır, bu da rahatlamağa və narahatlığın azalmasına səbəb olur. Axşam saatlarında əsnəmək bədəni yuxuya hazırlayır”.

Günel Cəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
63
globalinfo.az

1Sources