Almaniyanın “Bayer” klubunun baş məşqçisi Kaspar Yulmann Bundesliqanın 9-cu turunda “Bavariya”ya qarşı keçirilən matçdakı 0:3 hesablı məğlubiyyəti şərh edib.
90deqiqe.Az xəbər verir ki, "Bundesliga News" təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb.
“Etiraf etməliyik ki, ‘Bavariya’ hazırda Avropanın ən güclü komandasıdır. Onlar səhvlərimizi dərhal cəzalandırdılar. Öz oyunumuzdan razı deyilik, hələ üzərində işləməli çox şeyimiz var. Amma ümumilikdə ‘Bavariya’ bu gün sadəcə olaraq çox güclü idi. Bunu qəbul etməliyik”
Bu nəticədən sonra “Bavariya” 27 xalla turnir cədvəlində birinci yerdə qərarlaşıb. “Bayer” isə 17 xalla beşinci pillədədir.
Qeyd edək ki, daha əvvəl “Bavariya”nın baş məşqçisi Vensan Kompani də oyunla bağlı fikirlərini bölüşmüşdü.