EN

Mbappe Tyerri Anrini geridə qoyub

İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe Avropanın top-5 liqalarında vurulan qolların sayına görə həmyerlisi Tyerri Anrini geridə qoyub.

"Ölkə.az" xəbər verir ki, fransalı hücumçu buna La Liqanın XI turunda "Valensiya"ya qalib gəldikləri (4:0) matçda dubl etməklə nail olub.

O, Avropanın ən yaxşı beş çempionatında 291-ci qarşılaşmada 235-ci qoluna imza atıb.

Tyerri Anri 459 görüşdə 233 dəfə fərqlənmişdi.

Qeyd edək ki, Mbappe "Monako"da 16, PSJ-də 178, "Real"da 44 dəfə rəqib qapılarına yol tapıb.

Chosen
11
6
olke.az

7Sources