EN

İranın müxtəlif bölgələrində AES-lər inşa olunacaq – Vitse-prezident

Bakı. Trend:

İranın cənubunda və şimal hissələrində 8 Atom ElektrikStansiyası inşa olunacaq.

Trend-inməlumatına görə, bunu İranın vitse-prezidenti və Atom EnerjisiTəşkilatının sədri Məhəmməd Eslami bu gün İran prezidenti MəsudPezeşkianın nüvə sənayesi üzrə müdirlərlə görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya ilə əməkdaşlıq çərçivəsindəAES-lərin tikilməsi üzrə müqavilə imzalanıb. Qeyd olunan AES-lərdən4-ü İranın cənubunda Buşehr vilayətində, 4-ü isə ölkənin şimalhissəsində inşa olunacaq.

Eslami bildirib ki, 2003-cü ildə İranda hələki yeganə olanBuşehr AES-i istifadəyə verilib. Tənzimlənən proqrama əsasənölkənin müxtəlif bölgələrində inşa olunacaq AES-lər ölkənin ehtiyacduyduğu elektrikin təmin olunmasına kömək edəcək.

İranın vitse-prezidenti deyib ki, İranın cənub-qərbində Xuzistanvilayətində İslam İnqilabından öncə (1979) Darxovin Atom ElektrikStansiyasının tikintisinə başlanılıb. Son illər ərzində bustansiyanın tikintisi yerli mütəxəssislər tərəfindən yenidən davametdirilir.

Eslami qeyd edib ki, bundan əlavə İranın şimalında Gülüstanvilayətinin Xəzər dənizi sahillərində Atom Elektrik Stansiyasınıntikintisi üçün məkan müəyyənləşib.

“Ölkənin müxtəlif məkanlarında AES-lərin inşa olunması ilə nüvəsahəsində elektrik istehsalını 20 min meqavata yüksəltmək üzrəişlər aparılır”, -deyə o qeyd edib.

Təşkilat sədri deyib ki, Buşehr Atom Elektrik Stansiyasının 2 və3-cü bloklarının tikintisi hətta İrana 12 günlük hərbi havahücumları zamanı davam etdirilib. Hazırda da tikinti prosesi davamedir.

Qeyd edək ki, İranın Buşehr AES-nin 1-ci bloku 2011-ci ildəfəaliyyətə başlayıb. 2013-cü ildə blokun istismarı Rus Atom Şirkətitərəfindən İran şirkətinə təhvil verilib. 2013-cü ildən bu blokdamaksimum elektrik yəni 1 min meqavat saat elektrik istehsal olunub.10 il ərzində Buşehr Atom Elektrik Stansiyasında elektrik istehsalı65 milyard kilovat saatdan çox təşkil edib.

Əlavə edək ki, Buşehr AES-nin 2 və 3-cü bloklarının tikintisinə2017-ci ildə 50 hektar ərazidə başlanıb. Bu bloklar istifadəyəverildiyi halda hər birinin 1 057 meqavat elektrik istehsal etməkpotensialı olacaq. Bu iki blokun istifadəyə verilməsi ilə ildə 10milyon barel xam neft və yaxud 1,6 milyard kubmetr qaza qənaətolunacaq və 7 milyon ton çirkləndirici qazların ətraf mühitəyayılmasının qarşısı alınacaq.

Chosen
35
5
az.trend.az

6Sources